Namaz - Vikipediya

Namaz

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

Jump to: naviqasiya, axtar

Namaz (Farsca: نماز), - müsəlmanların hökmən qılmalı olduqları duadır, ibadətdir. Şəriətə görə, müsəlmanlar gündə beş dəfə - gün çıxmazdan əvvəl, günorta, qürubdan bir qədər əvvəl, qürubdan sonra, axşamdan keçmiş namaz qılmalıdırlar. Daha mömin adamlar əlavə olaraq gecə və ya gündüz bir dəfə də namaz qılırlar. İstənilən yerdə namaz qılmaq olar, lakin namazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Namaz üçün ən yaxşı yer məsciddir, orada ibadətə imam rəhbərlik edir. Cümə günləri günorta namazı məsciddə qılınmalıdır.

Müsəlman namazının məzmununu insanın Allaha itaətinin ifadəsi təşkil edir. Namaz rükətlərdən ibarətdir. Səhər namazı iki rükətdən, günorta, axşamüstü və gecə namazları dörd rükətdən, axşamdan keçmiş qılınan namaz isə üç rükətdən ibarətdir.

İcbari namazdan sonra iki rükətdən ibarət daha bir namaz qılmaq savabdır. Rükət zamanı adamlar sanki Allahın qarşısında baş əyir və alın yerə toxunanadək əyilməklə onun qarşısında səcdə edir, bu zaman Allahı alqışlayan sözlər (məsələn, Allahü Əkbər) deyir, kəlmeyi-şəhadətlərini söyləyir, Qurandan surələr deyir (I və CXII), Allahın adlarını və digər dini formulları (sünnilərdə buna ət-təhiyyə deyilir) sadalayırlar. İcbari ibadət olan namazdan əlavə xahiş-namazlar da qılınır. Bunlar dua, gecə namazı olan vird, münacat və başqa namazlardır.

[redaktə / تحریر] Mənbə

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.100-101.

[redaktə / تحریر] Xarici Keçidlər

Alətlər sandığı
Cool lyrycs look Best Bass Guitar Forum Join Now! Nowe Forum licealistw Nowy seo katalog stron dodaj swj adres! Proces - Buszujący w zbożu - Konrad Wallenrod streszczenie - Szynszyle - Literatura turystyka Malta bona kaw Nieruchomości Szczecin Japonia życzenia świąteczne Korekcja powiek górnych