Məkkə - Vikipediya

Məkkə

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

Jump to: naviqasiya, axtar
Mescit-el Haram(مسجد الحرام) Kabe'nin görünüşü.

Məkkə (مكة) Səudiyyə Ərəbistanında bir şəhər.

Mündəricat

[redaktə / تحریر] İslamda Məkkənin yeri

Məkkə - Dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilərə qarşı mübarizə aparmış, nəticə etibarı ilə onları özünə tabe etdirmişdir.

Məhəmməd Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni islamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi (həccə getməyi) əmr etmişdir. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir.

Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi.

Məkkədə dörd sünni məzhəbinin və cəfəri şiələrinin tədris müəssisələri yerləşir.

Hazırda Məkkə dünya islam hərəkatının mərkəzinə çevrilməkdədir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada getdikcə daha tez-tez ümummüsəlman konfransları keçirilir; zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur.

[redaktə / تحریر] Ayrica bax

[redaktə / تحریر] Xarici keçidlər

enviki


[redaktə / تحریر] Mənbə

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.79-80.


Wikimedia Commonsda
Məkkə ilə əlaqədar müxtəlif fayllar var.


Alətlər sandığı
Cool lyrycs look Best Bass Guitar Forum Join Now! Nowe Forum licealistw Nowy seo katalog stron dodaj swj adres! Bonsai Bonsai - Galeria - Japonia - eBonsai.pl - Apteka internetowa Vena vita apteka najlepsza apteka - Jacek Soplica - charakterystyka - Motyw anioła - Koszatniczka Włatcy móch Rybnik Województwo warmińsko mazurskie Caz Romowie branze szybka nauka