Beynəlxalq standartlaşdırma təşkilatı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Beynəlxalq standartlaşdırma təşkilatı - İSO (engl. International Organization for Standardization) beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - İEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - İTU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır.
[redaktə / تحریر] Tarixi haqqında
XX əsrin əvvəlində maşınqayırma tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşınqayırma yeni mərhələyə qədəm qoyur. Maşınqayırmada getdikcə oturtma işlərinin mexanikləşdirilməsi genişləndirilir. 20-ci illərin əvvəlində oturtma üçün normativ şəklində yaradılmış val və deşik sistemləri, ilk dəfə olaraq istehsalatda qarşılıqlı əvəzolunmanı geniş şəkildə təmin etməyə imkan vermişdir. 1920-ci ilin əvvəlində bir çox firmalar qarşılıqlı əvəzolunmanın vahid qaydada tətbiqini mümkün etmək üçün öz oturtma sistemlərini işləyirlər. 1926-cı ildə bir neçə dövlətin bir araya gəldiyi görüşdə qeyri elektrotexnika sahəsində vahid standartlara keçid məqsədilə “International Federation of the National Standardizing Associations“ – İSA yaradılır. Bu federasiyanın təşkilat komitəsi tərəfindən 30-cu illərdə alman alimlərinin işlədikləri normativləri də inteqrasiya etməklə beynəlxalq müstəvidə İSA müsaidə və İSA oturtma sistemlərini qəbul edir. II dünya müharibəsindən sonra bu təşkilatın adı dyişdirilərək International Organization for Standardization adlanır. Bu təşkilatın adının bütün dillərdə eyni səslənməsi üçün ona ISO ( yunanca “isos”sözündəndir, mənası “bərabər” deməkdir) adı verilir.

